Almaniyanın Sosial Demokrat Partiyası (SPD) kansler Olaf Şolzun Rusiyaya qarşı siyasətindən və onun Amerika raketlərini yerləşdirmək planlarından məyusdur.
525.az xəbər verir ki, bu barədə Almaniya KİV məlumat yayıb. Qeyd olunub ki, xüsusilə, söhbət partiyanın parlament qrupunun lideri Rolf Myutzeniçin tərəfdarlarından gedir. Onlar Ukraynada münaqişənin gərginləşməsindən ehtiyatlanır və sülh danışıqlarının başlanmasını istəyirlər.
“Biz Amerika raketlərinin yerləşdirilməsindən narahatıq. Söhbət ölkəmizin ilk nüvə zərbəsinin hədəfinə çevrilə biləcəyindən gedir”, açıqlamada vurğulanıb.
Qeyd edək ki, Almaniyanın Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius bu cür təklifləri tənqid edib və deyib ki, bu, ağ bayraq qaldırmaq olardı.
Pərvanə Sultanova
çap et