525.Az

ABŞ vətəndaşlarını Livanı tərk etməyə çağırıb


 

ABŞ vətəndaşlarını Livanı tərk etməyə çağırıb<b style="color:red"></b>

ABŞ Dövlət Departamenti Livandakı Amerika vətəndaşlarına ölkəni tərk etməyə çağırıb.

525.az xəbər verir ki, dövlət katibinin konsulluq məsələləri üzrə köməkçisi Rena Bitterin müvafiq bəyanatı ABŞ-ın Beyrutdakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında yerləşdirilib.

“ABŞ vətəndaşlarını böhran başlamazdan əvvəl Livanı tərk etmələrinə çağırırıq”, - məlumatda deyilir.

Amerika hakimiyyəti həmçinin Yaxın Şərqdə vəziyyətin növbəti gərginləşməsi fonunda insanları Livana səfər etməməyə çağırıb.

Bundan əvvəl İsrail ordusu Livanın cənubunda 15 yaşayış məntəqəsini atəşə tutub.

Pərvanə Sultanova

 





29.07.2024    çap et  çap et