525.Az

Venesuelada iğtişaşlar zamanı 20-dən artıq hərbçi yaralanıb


 

Venesuelada iğtişaşlar zamanı 20-dən artıq hərbçi yaralanıb<b style="color:red"></b>

Venesuelada prezident seçkilərinin nəticəsinin açıqlanmasından sonra baş verən iğtişaşlar zamanı 20-dən artıq hərbçi yaralanıb, minimum 1 şəxs ölüb.

525.az AFP-yə istinadən xəbər verir ki, insident zamanı 46 nəfər saxlanılıb.

Müdafiə naziri Vladimir Padrino Lopes “X” sosial şəbəkəsində yazıb ki, 23 hərbi qulluqçu yaralanıb. Onların əksərinə odlu silahdan atış açılıb.

Xatırladaq ki, iyulun 29-da Nikolas Maduro üçüncü dəfə ölkə prezidenti seçilib. Lakin müxalifət nəticələrlə razılaşmayıb. Onlar namizədləri Edmundo Qonsalesin 70 faiz səs topladığını iddia edirlər. Latın Amerikasının 9 ölkəsi də seçkilərin nəticələrinə yenidən baxılmalı olduğunu bəyan edib.

Dünəndən etibarən müxalifət tərəfdarları paytaxt Karakasda etirazlara başlayıblar, mitinqdə minə qədər insan iştirak edib. Etirazçıların qarşısını almaq üçün təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və rezin güllələrdən istifadə ediblər.

İbrahim Cəfərov

 





30.07.2024    çap et  çap et