525.Az

Britaniyalı yeniyetmədən uşaqlara bıçaqlı hücum - 2 ölü, 9 yaralı


 

Britaniyalı yeniyetmədən uşaqlara bıçaqlı hücum - <b style="color:red"> 2 ölü, 9 yaralı</b>

İngiltərənin şimal-qərbində yerləşən Sautport şəhərində faciə yaşanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, adı açıqlanmayan 17 yaşlı yeniyetmə bıçaqla rəqs klubunda keçirilən tədbir zamanı uşaqlara hücum edib. Nəticədə 2 azyaşlı ölüb, 9 nəfər isə yaralanıb. Hadisə yerinə gələn polis əməkdaşları cinayətkarı tutublar. O, sorğulanmaq üçün polis bölməsinə aparılıb.

Mersisayd polisinin nümayəndəsi Serena Kenedi insidentlə bağlı deyib: “İki uşaq hadisə yerində ölüb. Daha 9 nəfər isə yaralanıb. Onlardan altısının vəziyyəti kritikdir. Eləcə də aldıqları zərbələrdən sonra yuxarı yaşlı uşaqlardan da ikisinin vəziyyəti ağırdır”.

İlkin məlumata görə, hadisəni törədən 17 yaşlı şəxs Uelsin paytaxtı Kardiffdə anadan olub. Lakin o, xeyli müddətdir yaxınlıqdakı Benks şəhərində yaşayır. Hələlik hadisənin motivləri açıqlanmır.

İbrahim Cəfərov

 





30.07.2024    çap et  çap et