525.Az

SOCAR İtaliya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb


 

SOCAR İtaliya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb<b style="color:red"></b>

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın "Eni S.p.A." şirkəti arasında enerji keçidi ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

525.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mİkayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Enerji layihələri və enerji keçidi üzrə təşəbbüsləri əhatə edən əməkdaşlığa dair Anlaşma Memorandumu" enerji təhlükəsizliyinin gücləndirilməsinə və energetika sektorunda innovativ həllərin təşviqinə töhfəsini verəcək", - deyə o qeyd edib.

 





30.07.2024    çap et  çap et