Almaniya İsrail ordusunun Colan təpələrinə raket hücumlarına genişmiqyaslı cavab verə biləcəyindən ehtiyatlanaraq öz vətəndaşlarından təcili olaraq Livanı tərk etməyə çağırıb.
525.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Qeyd olunub ki, eskalasiyanın artması hava əlaqəsinin tamamilə dayandırılmasına səbəb ola bilər.
"Vəziyyətin daha da gərginləşməsi və münaqişənin genişlənməsi istisna deyil. Bu, xüsusilə Livanın cənub bölgələrinə, o cümlədən Beyrutun cənub rayonlarına aiddir. Daha da gərginləşmə Rafik Həriri hava limanından hərəkətin tamamilə dayandırılmasına səbəb ola bilər. Bundan sonra isə Livanı hava yolu ilə tərk etmək mümkün olmayacaq”, - XİN bəyan edib.
Bundan əvvəl Böyük Britaniya, Fransa və ABŞ oxşar xəbərdarlıqları edib.
Bazar ertəsi İsrail Livanın cənubuna hücumlarını davam etdirib, Şakra şəhərində 2 nəfər ölüb, daha 3 nəfər yaralanıb.
Ağ Ev bildirib ki, İsrail Hizbullahın Colan təpələrinə endirdiyi zərbəyə cavab vermək hüququna malikdir, lakin İsrail-Livan sərhədində artan gərginlik fonunda tərəfləri təmkinli olmağa çağırıb.
Pərvanə Sultanova
çap et