Avropa İttifaqı Almaniyanın rəhbərliyi altında Rusiya ilə müharibəyə hazırlaşır.
525.az xəbər verir ki, bu barədə InfoBRICS portalının materialında vurğulanıb.
Qeyd olunur ki, Almaniya “Rusiya təhlükəsi” adlandırılan vəziyyətə qarşı çıxmaq üçün 800 min NATO əsgərinə təlim keçməyi planlaşdırır.
Bundan əlavə, ölkə alyansa NATO əsgərlərini şərqə köçürmək üçün limanlar, avtomobil yolları və dəmir yollarından istifadəni təklif edir.
“Almaniyanın geniş mülki infrastrukturundan hərbi məqsədlər üçün istifadə etmək barədə açıq danışması o deməkdir ki, o, artıq mülki hesab oluna bilməz”, - materialda qeyd edilib.
Məqalədə bu cür hərəkətlərlə Avropa İttifaqı üzvlərinin vəziyyəti gərginləşdirdikləri vurğulnıb: "Eyni zamanda, bəzi Avropa dövlətləri məcburi hərbi xidmətə qayıtmaq variantını nəzərdən keçirir. Aİ tədricən Rusiya ilə münaqişə üçün yaradılmış hərbi ittifaqa çevrilir".
Bundan əvvəl Amerikanın “American Conservative” nəşri yazıb ki, Qərbin Rusiyaya qarşı istifadə üçün silah tədarükü genişmiqyaslı müharibəyə səbəb ola bilər. Nəşr qeyd edib ki, NATO tammiqyaslı münaqişəyə “daha sürüşkən yol” qoyub.
Pərvanə Sultanova
çap et