525.Az

Parisdə fransız məşqçi polislərlə davaya görə saxlanılıb


 

Parisdə fransız məşqçi polislərlə davaya görə saxlanılıb<b style="color:red"></b>

Kayak və kanoe üzrə Fransa milli komandasının məşqçisi Qiyom Berj Parisdə polisə müqavimət göstərdikdən sonra saxlanılıb.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

Hadisə ötən gecə baş verib. Belə ki, 33 yaşlı məşqçi 3 polisi vurub. Məşqçi elektroşoker istifadə etdikdən sonra saxlanılıb. O göstərdiyi müqavimətə görə və polisə qəsdən zorakılıq etdiyi üçün polis bölməsinə aparılaraq həbs edilib

Paris prokurorluğu faktla bağlı araşdırmalara başlayıb.

 





30.07.2024    çap et  çap et