525.Az

Hindistanda torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 140-ı ötüb


 

Hindistanda torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 140-ı ötüb<b style="color:red"></b>

Hindistanın cənubundakı Keral ştatında torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 140-ı ötüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli ştatın səhiyyə departamentinin məlumatında bildirilib.

Qeyd olunub ki, təbii fəlakət nəticəsində 120-dən artıq şəxs yaralanıb. Faciə ilə bağlı bu gün – 31 iyul tarixində Keralda matəm elan olunub.

Torpaq sürüşmələrinə iyulun 30-dan ştatda başlayan musson leysanlarının səbəb olduğu bildirilir. Təbii fəlakətdən ən çox Vyanad rayonu zərər görüb. Burada 4 saat ərzində 3 dəfə torpaq sürüşməsi baş verib.

Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı keçirilir. Torpaq sürüşmələri nəticəsində xeyli sayda ev, yollar və körpülər dağılıb. Keral ştatının baş naziri Pinarayi Vidjayan bildirib ki, dağıntılar altında xeyli insan qalıb.

İbrahim Cəfərov

 





31.07.2024    çap et  çap et