525.Az

İngiltərədə bıçaqlı hücum: 2 uşaq ölüb, 9 uşaq yaralanıb


 

İngiltərədə bıçaqlı hücum: <b style="color:red">2 uşaq ölüb, 9 uşaq yaralanıb</b>

İngiltərədə Mersisayd polis rəisi Serena Kennedi Southportda bıçaqlı hücumda 2 uşağın öldüyünü, 9-u uşaq olmaqla 11 nəfərin yaralandığını açıqlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Kennedi Şimal-Qərb Təcili Yardım Xidmətinin rəisi Dave Kitchin və Mersisayd Yanğın və Xilasetmə Xidmətinin direktoru Fil Qarriqan ilə hücumla bağlı birgə mətbuat konfransı keçirib.

Kennedi, polisin rəqs məktəbinə bıçaqlı hücum xəbərinin yerli vaxtla 11:47-də aldığını və aldıqları bıçaq yaraları nəticəsində 2 uşağın həyatını itirdiyini, 6-sı ağır olmaqla 9 uşağın yaralandığını açıqlayıb.

Kennedi iki orta yaşlı şəxsin də uşaqları qorumaq istəyərkən yaralandığını bildirib.

Polis rəisi şəhərin Hart küçəsində yerləşən rəqs məktəbində amerikalı müğənni Taylor Swift konsept tədbirinə qatılan uşaqların hədəf alındığını bildirərək, hadisənin terror aktı kimi qiymətləndirilmədiyini vurğulayıb.

Malik Atilay 

 





30.07.2024    çap et  çap et