Nigeriyanın şimal-şərqindəki Borno əyalətində terror təşkilatı "Boko Haram"a qarşı keçirilən əməliyyatda 8 terrorçu məhv edilib.
525.az xarici mediaya əsasən xəbər verir ki, Nigeriya Ordusu "Boko Haram"ın Borno əyalətində polis bölməsinə hücumundan sonra terrorçulara qarşı əməliyyat keçirildiyini açıqlayıb.
Əməliyyat zamanı 8 terrorçunun zərərsizləşdirildiyi və terrorçulara məxsus silah-sursatın ələ keçirildiyi bildirilib.
Qeyd edək ki, ötən gün "Boko Haram" üzvlərinin Borno əyalətinin Konduqa bölgəsində polis idarəsinə hücumu nəticəsində bir polis məmuru və bir qadın həlak olub.
Malik Atilay
çap et