Birləşmiş Millətlər Təşkilatının Humanitar İşlər üzrə Koordinasiya İdarəsi Efiopiyanın cənubunda baş verən sürüşmə nəticəsində ölənlərin sayının 500-ə çata biləcəyini açıqlayıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Humanitar Yardım Koordinasiya Ofisinin (OCHA) verdiyi açıqlamaya görə, leysan yağışları nəticəsində baş verən torpaq sürüşməsi nəticəsində aralarında qadın və uşaqların da olduğu 257 nəfər həyatını itirib, 12 yaralı xəstəxanaya yerləşdirilib.
Açıqlamaya görə, ölənlərin sayı 500-ə çata bilər.
Açıqlamada yerli hakimiyyət orqanları, Efiopiya Qızıl Xaç Cəmiyyəti və ictimaiyyətin dəstəyi ilə axtarış-xilasetmə işlərinin davam etdiyi, axtarış-xilasetmə qruplarının avadanlığın olmaması səbəbindən çılpaq əl və bellə qazmağa çalışdığı bildirilib.
Malik Atilay
çap et