Hindistanlı 40 yaşlı fəhlə 19,22 karatlıq almaz tapıb.
525.az xarici mətbuata istinadən xəbər verir ki, Raca Qauda dövlətdən icarəyə götürdüyü mədəndə qazıntı işləri apararkən, sözügedən almazı tapıb.
İlkin qiymətləndirməyə görə almazın hərrac qiyməti 100 min ABŞ dolları civarındadır. Tapıntını dövlətə təhvil verən Racaya bu pulun böyük hissəsi çatacaq. Amma almaz hərracda satıldıqdan sonra.
Raca alacağı pulla borclarını bağlamağı və torpaq sahəsi almağı planlaşdırır.
Yeri gəlmişkən, Qaudanın tapdığı almaz böyük hesab edilsə də, dünyada ən böyük almaz hesab edilən “Afrika ulduzu” (Kullinan) ilə müqayisədə zərrədir. Belə ki, 1905-ci ildə Cənubi Afrika Respublikasında tapılan “Kullinan” 3107 karata yaxın olub.
L.Tağıyeva
çap et