525.Az

İsraildə "Haredimlər"lə polis arasında toqquşma olub


 

İsraildə "Haredimlər"lə polis arasında toqquşma olub<b style="color:red"></b>

Hərbi xidmətə cəlb olunmalarının müzakirə edildiyi görüşün qarşısını almağa çalışan ultra-ortodoks yəhudilər ("Haredim") ilə İsrail polisi arasında dava düşüb.

525.az xarici mediaya istinadən xəbər verir ki, yerli KİV-in məlumatına görə, İsrailin Təl-Əviv şəhərində ultra-ortodoks yəhudilərin hərbi xidmətə götürülməsi müzakirə olunan toplantı keçirilib.

Hərbi xidmətin əleyhinə olan çoxlu ultra-ortodoks yəhudi toplantının keçirildiyi binanın qarşısına toplaşaraq görüşün qarşısını almağa çalışıb.

İclasın keçirildiyi binaya girməyə mane olmağa çalışan ultra-ortodoks yəhudilərlə polis arasında dava düşüb.

Polisin bəzi etirazçılara sərt müdaxiləsi kameralara düşüb.

Malik Atilay 

 





31.07.2024    çap et  çap et