525.Az

Venesuela bu ölkə ilə diplomatik əlaqələri kəsdi


 

Venesuela bu ölkə ilə diplomatik əlaqələri kəsdi<b style="color:red"></b>

Venesuela hökuməti Peru ilə diplomatik əlaqələri kəsmək qərarına gəlib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri İvan Hil Pinto məlumat verib. O deyib ki, Venesuela hökumətinin bu qərarına Perunun xarici işlər naziri Xavyer Qonsales-Olaeçeanın açıqlaması səbəb olub. Peru rəsmisi Venesuelada keçirilən prezident seçkilərinin nəticəsini tanımadıqlarını bəyan edib.

İvan Hil Pinto əlavə edib ki, Venesuela prezident seçkilərinin nəticəsi ilə razılaşmayan Latın Amerika ölkələrindəki, o cümlədən Perudakı diplomatlarını geri çağırıb. 

Daha əvvəl Peru, Uruqvay, Argentina, Kosta-Rika, Ekvador, Qvatemala, Panama, Paraqvay və Dominikan Respublikası birgə bəyanatda Venesuelada keçirilən prezident seçkilərinin nəticələrinə yenidən baxılması tələbilə çıxış ediblər.

Xatırladaq ki, seçkidə Nikolas Maduro 51,2 faiz səslə qalib olub. Müxalifətin namizədi Edmundo Qonsales isə səslərin 44 faizini toplayıb. Lakin bu nəticələrlə razılaşmayan müxalifət nümayəndələri Qonsalesin 73 faiz səslə prezident seçildiyini iddia edirlər.

İbrahim Cəfərov

 





31.07.2024    çap et  çap et