ABŞ prezidenti Co Bayden bu ilin noyabr ayında Braziliyada keçiriləcək G20 sammitində iştirak edəcəyini təsdiqləyib.
525.az xəbər verir ki, Braziliya hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, Ağ evin rəhbəri bu barədə Braziliya prezidenti Luis İnasiu Lula da Silva ilə söhbətində deyib.
Qeyd olunub ki, ölkə başçıları telefon danışığı zamanı “ikitərəfli və çoxtərəfli məsələləri”, habelə Venesueladakı hazırkı vəziyyəti müzakirə ediblər.
Braziliya prezidenti Luis İnasiu Lula da Silva qeyd edib ki, hazırda Karakasda olan xüsusi nümayəndəsi vasitəsi ilə seçki prosesini müşahidə edir. Dövlət başçısı seçki nəticələrinin protokollarının dərcinin vacib olduğunu vurğulayıb. Co Bayden bu barədə braziliyalı həmkarı ilə həmfikir olduğunu deyib.
Qeyd edək ki, G20 sammiti 18-19 noyabr tarixlərində Rio-de-Janeyroda keçiriləcək.
İbrahim Cəfərov
çap et