525.Az

Haniyənin dəfn mərasiminin yeri və tarixi açıqlanıb


 

Haniyənin dəfn mərasiminin yeri və tarixi açıqlanıb<b style="color:red"></b>

HAMAS-nı Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə avqustun 2-də İranda keçiriləcək vida mərasimindən sonra Qətərdə dəfn olunacaq.

525.az xəbər verir ki, bu barədə hərəkatın yaydığı açıqlamada deyilir.

 “Cəsəd avqustun 2-də Qətərin Lusail şəhərində torpağa tapşırılacaq”, - məlumatda vurğulanıb.

Avqustun 1-də HƏMAS Siyasi Bürosunun rəhbəri ilə Tehranda vida mərasimi keçiriləcək. Həmin gün Haniyənin cənazəsi Dohaya aparılacaq. HƏMAS-ın məlumatına görə, Qətərdə vida mərasimində Fələstin fraksiyalarının nümayəndələri ilə yanaşı, İslam və ərəb liderləri də iştirak edəcək.

Haniyə iyulun 31-nə keçən gecə Tehranda hücum nəticəsində öldürülüb. Fələstin hərəkatı onun ölümündə İsraili günahlandırıb.

Pərvanə Sultanova

 





31.07.2024    çap et  çap et