525.Az

BMT-nin Qəzzada 200-dən çox əməkdaşı ölüb


 

BMT-nin Qəzzada 200-dən çox əməkdaşı ölüb<b style="color:red"></b>

Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) Qəzza zolağında həlak olan əməkdaşlarının sayı 200 nəfəri ötüb.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə UNRWA-nın baş komissarı Filip Lazzarini deyib.

"2023-cü ilin oktyabrında müharibə başlayandan bəri Qəzzada UNRWA-nın 202 əməkdaşını itirmişik”, – o bildirib.

 





31.07.2024    çap et  çap et