525.Az

Litva Macarıstana rusların ölkəyə girişi ilə bağlı xəbərdarlıq edib


 

Litva Macarıstana rusların ölkəyə girişi ilə bağlı xəbərdarlıq edib<b style="color:red"></b>

Litva Macarıstanı Rusiya və Belarus vətəndaşlarının ölkəyə yenidən girişi ilə bağlı məsələyə yenidən baxacağına dair mövqeyinə görə regional təzyiq göstərməklə hədələyib.

525.az xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis deyib.

Diplomatın sözlərinə görə, Litva birtərəfli addımlar atmaq niyyətində deyil, lakin regionun digər ölkələri ilə razılaşaraq bunu edə bilər. O əlavə edib ki, növbəti addım regional həll yolu tapmaq ola bilər. Nazir hesab edir ki, belə imkanlar mövcuddur.

“Mən sırf nəzəri olaraq danışıram: bu, məsələn, insanların ölkəyə gəlməsidir. Hökumət hər bir halda Aİ-nin digər üzv dövlətləri ilə məsləhətləşmə tələb etmək hüququna malikdir, yəni Şengen zonasının ərazisinə avtomatik daxil olmaq hüququ olmasın”.

O, həmçinin əlavə edib ki, heç bir ölkə bunu etmədiyi üçün indiyədək belə tədbirlər görülməyib.

Pərvanə Sultanova

 





31.07.2024    çap et  çap et