525.Az

Kosta-Rika venesuelalı müxalifətçilərə siyasi sığınacaq təklif etdi


 

Kosta-Rika venesuelalı müxalifətçilərə siyasi sığınacaq təklif etdi<b style="color:red"></b>

Kosta-Rika venesuelalı müxalifətçilərə siyasi sığınacaq təklif edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kosta-Rikanın xarici işlər naziri Arnoldo Andre Tinoko bildirib.

Tinoko təkcə Venesuela müxalifətinin liderləri Mariya Moçado Korina və Edmundo Qonsalesə deyil, Karakasda Argentina səfirliyinə sığınan digər müxalitçilərə də "qucaq açmaq" imkanlarının olduğunu söyləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Venesuelada keçirilən prezident seçkilərində hazırki prezident Nikolas Maduro seçicilərin 51 faiz səsini toplayaraq qalib olub. Müxalifət nümayəndəsi Edmundo Qonsalesə isə 44 faiz səslə ikinci olub. Məhz bundan sonra ölkədə müxalifətçilərin geniş etirazları başlayıb.

Xatırladaq ki, bir sıra dövlətlər, o cümlədən Kosta-Rika bu prezident seçkilərinin nəticəsini tanımadığını elan edib.

L.Tağıyeva

 





31.07.2024    çap et  çap et