“Hochaz Film Creative Studio” 26 avqust 2023-cü ildən Laçın şəhərində fəaliyyət göstərir. Studiyanın Laçın şəhər günündə cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən açılışı olub.
Studiyamız hazırda “Filming Karabagh” layihəsi üzərində çalışır və yerli və xarici film, reklam istehsalçılarına regionun zəngin təbiətindən yararlanmaq üçün bütün lazımi xidmətlərin göstərilməsini təklif edir.
Xidmətlər içərisində bütün rəsmi icazələrin alınması, logistika, məkanlar, pavilyon, dekorlar, otel və ketrinq xidməti nəzərdə tutulub. İlin sonuna kimi “HoçazFilm”in bazasında “HoçazFilm Hotel” də fəaliyyətə başlayacaq və öz qonaqlarını qarşılaya biləcək.
«Hochaz Film Creative Studio» və “InPlay cinema school”un birgə istehsalı olan “Böyüklərsiz biznes klass” bədii qısametrajlı filmi istehsal olunub. Film “HoçazFilm”də təyyarə dekorunun içərisində aparılıb. Hazırda film “post-production” mərhələsindədir.
«Hochaz Film Creative Studio» bədi-sənədli “Qarabağ Quberantoru” adlı tammetrjlı bədii-sənədli filminin “pre-production” dövrünü keçib və filmin 30% çəkilişlərini həyata keçirdib. Çəkilişlər Türkiyənin İstanbul şəhərində Xosrov bəy Sultanovun məzarının olduğu yerdə Feri Köy məzarlığında aparılıb. Hazırda filmin davamının çəkilişi üçün bir neçə istiqamətdə sponsor dəstəyi axtarılır.
«SFN Production» və «Hochaz Film Creative Studio» birgə istehsalı üçün nəzərdə tutulan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən keçirilən tammetrajlı film layihələri müsabiqəsində quruluşçu rejissoru və ssenari müəllifi Amil Amalın olduğu “Arılar və adamlar” tammetrajlı film ssenarisi qalib olmuşdur. Filmin ssenarisi daha sonra Mədəniyyət Nazirliyinin Semih Kaplanoğlunun ssenari laboratoriyasında daha da inkişaf etdirilmişdir. Filmin hazırlıq dövrünün noyabrın sonlarından başlayacağı və çəkilişlərin 2025-ci illin may ayınınsonlarında yekunlaşacağı nəzərdə tutulur.
Studiyamız fəaliyyət göstərdiyi bu 11 ay ərzində 6 bədii-sənədli televiziya filmlərinə, və 2əyləncəli verlişə təşkilati (bələdçilik, yerləşmə, pavilyon, bəzən qidalanma) dəstək göstərib.
Belə ki studiyamız İctimai, AzTV, CBC Azərbaycan, ARB, Xəzər TV, Real TV, ATV ilə əməkdaşlıq edib və bu əməkdaşlıqlar hələ də davam edir.
Filmlərin və verlişlərin siyahısı.
Bundan savayı, HoçazFilm olaraq onun rəhbəri kinorejissor Amil Amalın Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin və Ege Universitetinin birgə təşkilatçılığı ilə Türkiyənin İzmir şəhərində keçirilən “Ege Art Sanat Günləri” sərgisində Beynəlxalq konfransa qatılıb. Konfrans çərçivəsində Amil Amlın (Amil Məmiyev) “Qarabağ şəhidlərinə vəfa” adlı şəxsi foto sərgisi keçirilmişdir. Sərgidə Laçın şəhərinin yenidənqurulması vəonun sakinlərinin öz dədə-baba yurdlarımna qayıdışı fotolarda öz əksini tapmışdır.
“HoçazFilm” Laçında fəaliyyət göstərən bir neçə müəssisə üçün, xüsusi ilə Zerti Ayaqqabı Fabrikinin loqolarını hazırlayıb.
Amil Amal AZTV-nin direktoru Rövşən Məmmədovla görüşmüş və “HoçazFilm”lə bağlı bir neçə gələcək layihələri müzakirə etmişdir. Bundan sonra “HoçazFilm”in dəvəti ilə AZTV-nin bir qrup yaradıcı heyəti Laçın şəhərinə və “Hoçazfilm”ə səfər etmişdir.
Amil Amal Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heytinə üzv seçilmişdir.
Amil Amal Qırğızıstanın Bişkek şəhərində keçirilən “Beynəlxalq Umut Gənclər Forumu”da dörd nəfərlik Azərbaycan nümayəndə heyətinin tərkibində təmsil olunmuşdur.
Türkiyədə keçirilən “Beynəlxalq Turan Film Festivalı”nın estafeti Azərbaycanın Laçın şəhərinə ötürülmüşdür. BeləTürkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türksoy və Ege Universitetinin təşkilatçılığı ilə keçirilən Turan Film Festivalı onun 2024-2025-ci illərdə Laçın şəhərində keçirilməsini və festivala ev sahibliyi etməsini HoçazFilm-ə həvalə etmişdir. Azərbaycan filmləri seçkisi üzrə münsif qismində festivala veridiyi dəstəyə görə Amil Amal Türkiyə Dövlət Ege Universitetinin rektoru Necdet Budak tərəfindən mükafata layiq görülmüşdür.
Amil Amal 2 may 2024-cü ildə Turan Film Festivalı çərçivəsində Türkiyə Sinema Genel Müdiri tanınmış produser və ssenarist Birol Güvenlə şəxsən görüşmüş və “HoçazFilm”lə bağlı olan layihələri müzakirə etmişdir.
«Hochaz Film Creative Studio» olaraq Amil Amal Azərbaycanın ən tanınmış reklam agentliklərinin və maketoloqlarının qatıldığı
“Milli Marketinq Forumu 2024”də 4P (product, price, promotion, place) strategiyasına uyğun olaraq studiyanın yeni biznes layihəsini təqdim edib.
Bundan başqa, “Hoçazfilm”in qapıları bu 11 ay ərzində minlərlə qonağın üzünə açıq olmuşdur. Onlar içərisində, Laçın şəhər sakinləri ilə yanaşı “COP 29 UN Change Conference” çərçivəsində 150 nəfərə yaxın diplomatik korpus nümayəndələri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev, ICESCO-nun baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malik, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov, Bir neçə qrup Milli Məclis üzvləri, “Xarıbülbül Musiqi Festivalı” na gələn bir qrup incəsənət xadimləri, 150 nəfərdən çox “II Şuşa Qlobal Media Forum”u iştirakçıları, “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi”nin təşkilati dəstəyi ilə bir neçə tanınmış şair və yazıçılar, Azərbaycan Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və Turizm Agentlikləri təçkilatları üzvləri, ADMİU nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralova və kollecin tələbə müəllim heyəti, bir çox tanınmış kino, teatr və incəsənət xadimləri yer almşıdır.
Bundan başqa, Hoçazfilm olaraq feysbukvə instagram səhifəsində Laçın şəhərindəki quruculuq işləri ilə bağlı mütəmadi foto-video reportajlar və paylaşımlar edilib.
(https://www.facebook.com/hochazfilm?mibextid=LQQJ4d)
(https://www.instagram.com/hochazfilm?igsh=cWdhdnB6YTB1ZnI1&utm_source=qr)
Tezliklə ilin sonuna kimi «hochazfilm.az» saytı fəaliyyət göstərəcək.
Laçınlı şair Nazim Əhmədlinin 70 illik yubileyinin keçirilməsinə “HoçazFilm” olaraq təşkilati dəstək göstərilib.
Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev tərəfindən Hoçazfilmə “Laçın şəhərinin mərkəzi küçəsi” fotosu təqdim olunub.
“HoçazFilm”in dəvəti ilə Laçın şəhərinə səfərləri çərçivəsində bir neçə sənət adamlarının və tanınmış juranlistlərin “HoçazFilm”lə bağlı yazılarını da aşağıda qeyd edirik.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi, jurnalist Həmidə Rüstəmovanının “Yarpaq ollam burda mən” yazısı
https://medeniyyet.az/page/news/74072/Yarpaq-ollam-burda-men.html
Kinotənqidçi Sevda Sultanovanın “525-ci qəzet”də “Həmişə bir şəhəri film şəhərinə çevirməyi xəyal edirdim” yazısı
https://525.az/news/243889-hemise-bir-seheri-film-seherine-cevirmeyi-xeyal-edirdim
Yazıçı Şərif Ağayarın “Kamera ilə şeir yazan gənc” yazısı
https://vetensesi.az/articles/180
Juranlist Günel Mehrinin “Can Laçın” yazısı
https://525.az/news/251907-can-lacin--gunel-mehri-yazir
Mədəniyyət qəzetinin əməkdaşı, Lalə Azərinin “Bir gün Laçında düşüb yağışa” yazısı
https://www.medeniyyet.az/page/news/74296/Bir-gun-Lacinda-dusub-yagisa.html?lang=az
Yuxarıda paylaşılan məlumatlara aid linklərin siyahısı.
https://president.az/az/articles/view/60936
https://idp.gov.az/en/news/1827
https://www.youtube.com/watch?v=IsfcFVZ3v_g&t=12s
https://www.youtube.com/watch?v=iTwon5U8vzw
https://www.youtube.com/watch?v=KzHXe6vNKsw
https://www.youtube.com/watch?v=C58dBvf3YD0
https://www.youtube.com/watch?v=vNjUclmn2Aw
https://www.youtube.com/watch?v=Ru0CQAGeCgE
https://www.youtube.com/watch?v=x064Q1c7-wk
https://kinoinfo.az/amil-amal-arilar-ve-qebirleri-cekmeyi-planlasdiriram/
https://www.youtube.com/watch?v=IsfcFVZ3v_g
https://www.youtube.com/watch?v=lElCNqDt-eQ
https://www.youtube.com/watch?v=tHUaU_GjFLU
https://www.youtube.com/watch?v=5QNSZcZPAWs&t=1s
https://www.youtube.com/watch?v=C_SeMhVm4lg
https://www.youtube.com/watch?v=trngkaCSGI0
https://report.az/daxili-siyaset/ii-susa-qlobal-media-forumunun-xarici-qonaqlari-lacina-sefer-edib/
https://www.anl.az/down/meqale/azerbaycan/2023/avqust/863248(meqale).pdf

çap et