525.Az

Gəncə Dövlət Filarmoniyasında Xalq artisti Mobil Əhmədovun xatirəsi anılacaq


 

Gəncə Dövlət Filarmoniyasında Xalq artisti Mobil Əhmədovun xatirəsi anılacaq<b style="color:red"></b>

Sentyabrın 10-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının birgə təşkilatçılığı ilə "Gəncə və gəncəlilər" layihəsi çərçivəsində məlahətli səsi, həssas obraz duyumu ilə qəlblərdə yaşayan, Xalq artisti, professor Mobil Əhmədovun anadan olmasının 93-cü ildönümünə həsr olunmuş konsert proqramı keçiriləcək.

525.az-a Filarmoniyadan verilən məlumata görə, konsert proqramında Gəncə Dövlət Filarmoniyası və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistlərinin ifasında sənətkarın repertuarından mahnılar, operettalardan ariyalar səsləndiriləcək.

Biletləri Filarmoniyanın kassasından və iticket.az saytından əldə etmək mümkündür.

 





01.08.2024    çap et  çap et