ABŞ dövlət katibi Antoni Blinken İrana mesaj göndərərək, HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab verməməyi xahiş edib.
525.az xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən xəbər yayıb.
“ABŞ dövlət katibi Antoni Blinken Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tanidən İran və Livan Hizbullahına mesajlar çatdırmasını istəyib. Qətərin baş naziri Blinkendən qisas almaqdan çəkinməyi xahiş edən mesajları çatdırmağa razılaşıb”, - məlumatda deyilir.
HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyə iyulun 31-nə keçən gecə İranda öldürülüb. Fələstin qətldə İsraili günahlandırıb.
“The New York Times” İran rəsmilərinə istinadən yazıb ki, İranın ali dini lideri Əli Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib.
Pərvanə Sultanova
çap et