525.Az

“Ukrayna münaqişəsinin həlli ilə bağlı Vatikanla danışıqlar davam edir” - Zaxarova


 

“Ukrayna münaqişəsinin həlli ilə bağlı Vatikanla danışıqlar davam edir” - <b style="color:red"> Zaxarova</b>

“Rusiya tərəfi Ukraynada hərbi əməliyyatların dayandırılması ilə bağlı Vatikanla danışıqları davam etdirir”.

525.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vatikanın dövlət katibi Petro Parolinonun Kiyevə səfərinə münasibət bildirərkən deyib.

“Roma Katolik Kilsəsinin iyerarxiyasında dövlət katibinin tutduğu mövqenin əhəmiyyətini nəzərə alaraq, əlbəttə ki, biz onun açıqlamalarına ciddi yanaşırıq. Vatikanla dialoq davam edir. Rusiyanın maraqları və hazırkı reallıqlar çərçivəsində Ukrayna konfliktini yoluna qoyacaq istənilən tərəflə danışıqlar aparmağa hazırıq”, - deyə Zaxarova bildirib.

Xatırladaq ki, Vatikanın dövlət katibi Petro Parolino iyulun 22-də Kiyevə səfər edib və ölkə prezidenti Vladimir Zelenski ilə görüşüb. Ukrayna dövlət başçısının sözlərinə görə, danışıqlar zamanı tərəflər birinci sülh sammitinin qərarlarına və Ukrayna üçün ədalətli və davamlı sülhün bərqərar olunmasında Vatikanın roluna xüsusi diqqət yetiriblər.

İbrahim Cəfərov

 





01.08.2024    çap et  çap et