525.Az

Çin daşqınlardan zərər çəkmiş bölgələrə 53 milyon dollar ayırıb


 

Çin daşqınlardan zərər çəkmiş bölgələrə 53 milyon dollar ayırıb<b style="color:red"></b>

Çin hakimiyyəti ölkənin cənub və şimal bölgələrində daşqınların və geoloji fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün 378 milyon yuan (təxminən 53 milyon ABŞ dolları) məbləğində vəsait ayırıb.

525.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Çinin Maliyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə ayırdığı bu vəsait Hebey, Liaonin, Jilin, Çejian, Fujian, Hunan, Quanço, Yunnan və Qansu əyalətlərində daşqınların nəticələrinin aradan qaldırılması üçün nəzərdə tutulub.

Vəsaitlər fövqəladə hallara cavab tədbirlərinin, o cümlədən axtarış-xilasetmə əməliyyatlarının, xəsarət alanların təxliyyəsinin və yaşayış yerinin təmin edilməsi, təbii fəlakətin nəticələrinin aradan qaldırılması və insan itkisini minimuma endirmək üçün zədələnmiş evlərin təmiri kimi tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.

Çinin Maliyyə Nazirliyi müvafiq yerli hökumətləri təcili xilasetmə işlərinin aparılması üçün vəsaitlərin bölüşdürülməsi və bu ərazilərin ehtiyacları haqqında məlumata əsasən, zərər çəkmiş ərazilərə vəsait köçürməyə, habelə bu vəsaitlərin istifadəsinə nəzarətin gücləndirilməsinə çağırıb.

Pərvanə Sultanova

 





01.08.2024    çap et  çap et