525.Az

Ukrayna Niderlanddan 6 ədəd F-16 qırıcısı alıb - “The Times”


 

Ukrayna Niderlanddan 6 ədəd F-16 qırıcısı alıb - <b style="color:red"> “The Times”</b>

Ukrayna Niderlanddan 6 ədəd F-16 qırıcısı alıb.

525.az xəbər verir ki, bu barədə “The Times” yazıb.

Nəşrin məlumatına görə, tezliklə Ukrayna Silahlı Qüvvələri F-16-ların növbəti hissəsini Danimarkadan alacaq. Lakin hələlik qırıcıların dəqiq çatdırılma vaxtı barədə məlumat verilmir.  

Ukrayna prezident administrasiyası rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna hakimiyyəti F-16-larla bağlı məlumatları rəsmi şəkildə təsdiqləmək niyyətində deyil.

ABŞ da sözügedən məsələ ilə bağlı şərh verməkdən boyun qaçırıb.

“Telegraph”ın yazdığına görə isə, Ukrayna Silahlı Qüvvələri artıq F-16 qırıcı təyyarəri ilə ilk uçuşlarını həyata keçiriblər.

İbrahim Cəfərov

 





01.08.2024    çap et  çap et