525.Az

Tramp qalib gəlsə, Şimali Koreya onunla danışıqları bərpa edəcək


 

Tramp qalib gəlsə, Şimali Koreya onunla danışıqları bərpa edəcək<b style="color:red"></b>

Şimali Koreya ABŞ prezidentliyinə namizəd Donald Trampın seçkilərdə qalib gələcəyi təqdirdə, onunla nüvə silahı üzrə danışıqları bərpa etmək istəyir.

525.az xəbər verir ki, bu barədə “Japan Times” nəşri məlumat yayıb.

“Şimali Koreya Donald Tramp yenidən prezident seçilərsə, ABŞ-la nüvə danışıqlarını bərpa etmək istəyir və yeni danışıqlar strategiyası hazırlamağa çalışır”, - nəşr Şimali Koreyadan qaçan diplomat Ri Il Gyunun sözlərindən sitat gətirir.

Xatırladaq ki, o, ötən ay Kubadan qaçıb Gyu  2016-cı ildən bəri Cənubi Koreyaya sığınan Şimali Koreyanın ən yüksək rütbəli diplomatı olub.

Diplomat, həmçinin vurğulayıb ki, KXDR hakimiyyəti Trampın Şimali Koreyaya təzyiq göstərə bilməməsi və onu xoşagəlməz güzəştlərə getməyə məcbur edə bilməməsi üçün sərt danışıqlar xətti hazırlayacaq.

Daha əvvəl KXDR Mərkəzi Xəbər Agentliyi (KCNA) Şimali Koreyanın Trampın Pxenyan və ölkə lideri Kim Çen Inla dostluq və yaxşı münasibətlər barədə sözlərinə əhəmiyyət vermədiyini bildirib. Siyasətçiyə iş və şəxsi münasibətləri bir-birindən ayırmağı da tövsiyə ediblər.

Pərvanə Sultanova

 

 





01.08.2024    çap et  çap et