525.Az

Uçuş zamanı pilot huşunu itirdi


 

Uçuş zamanı pilot huşunu itirdi<b style="color:red"></b>

"EasyJet" təyyarəsinin ikinci pilotu uçuş zamanı huşunu itirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Londondan Lissabona uçan "EasyJet" aviakompaniyasına məxsus təyyarədə baş verib.

İkinci pilot huşunu itirən kimi təyyarə həyəcan siqnalı verib. Kapitan göyərtəsində 193 sərnişin olan təyyarəni təkbaşına endirib.

Uçuş-eniş zolağında təyyarəni gözləyən təcili tibbi yardım briqadası pilotu dərhal Santa-Mariya xəstəxanasına çatdırıb.

Qeyd edək ki, bu, pilotlarına bağlı son 2 gündə baş verən ikinci bədbəxt hadisədir. Dünən səhər "Ryanair" aviaşirkətinin 2 pilotu  Liverpul aeroportuna gedərkən avtomobil qəzasında həyatını itirib.

L.Tağıyeva

 





01.08.2024    çap et  çap et