|
|
|
|
Missuri ştat məhkəməsi 34 il həbsdə olan Kristofer Dannın günahsız olduğu barədə qərar verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Kristofer qətlə görə ömürlük həbs cəzası almışdı.
Dann artıq, azadlığa buraxılıb və ailəsinə qovuşub.
Qeyd edək ki, Missuri ştatında buna bənzər hadisə 4 il əvvəl də yaşanmışdı. Zorlamaya görə 44 il həbsxana həyatı yaşamış Ronni Lonqun da günahsız olduğu sübut edilmiş və azadlığa buraxılmışdı. Bu səhvə görə cari ilin yanvarında ona 25 milyon dollar kompensasiya ödənilib.
L.Tağıyeva