525.Az

Kreml: F-16-nın Ukraynaya çatdırılması cəbhədəki dinamikanı çox dəyişmir


 

Kreml: F-16-nın Ukraynaya çatdırılması cəbhədəki dinamikanı çox dəyişmir<b style="color:red"></b>

Kremlin sözçüsü Dmitri Peskov F-16 döyüş təyyarələrinin Ukraynaya mümkün təhvilinin cəbhədəki inkişafın dinamikasına ciddi təsir etməyəcəyini bildirib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Peskov F-16 döyüş təyyarələrinin Qərb ölkələrindən Ukraynaya gətirildiyi iddiaları ilə bağlı jurnalistlərə cavablar verib.

Çatdırılma ilə bağlı açıqlama verilməsə də bəzi mesajların olduğunu xatırladan Peskov, F-16 döyüş təyyarələrinin Ukraynaya mümkün təhvilinin Ukrayna ordusu üçün həll yolu olmayacağını müdafiə edib.

Peskov: “Burada “sehrli həb” yoxdur, hər hansı bir dərdə çarə yoxdur. Bu, Kiyev rejiminin silahlı qüvvələri üçün xilas olmayacaq, onlar bundan xəbərdar olmalıdırlar”, - deyib.

F-16-ların Ukraynada peyda olduğu zaman Rusiyanın hədəfi olacağına işarə edən Peskov: “Bu təyyarələr peyda olacaq, sayları getdikcə azalacaq, vurulacaq", -deyə vurğulayıb.

Peskov Ukraynada F-16-ların məhv edilməsinə görə rus hərbçilərinə mükafat vəd edildiyini də xatırladıb.

Qeyd edək ki,i bəzi Qərb qəzetləri F-16 döyüş təyyarələrinin ilk partiyasının Ukraynaya çatdırıldığını yazıb. Ukrayna rəsmiləri bu məsələ ilə bağlı şərh verməyəcəklərini açıqlayıblar.

Malik Atilay 

 





02.08.2024    çap et  çap et