Venesuela prezidenti Nikolas Maduro amerikalı milyarder İlon Maskı ölkəsinə çağırıb və onunla döyüşməyi təklif edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Maduro Venesuelanın dövlət televiziyası VTV-də çıxışı zamanı bu barədə bildirib: "Mask təklifimi qəbul etdi. Bura gəl, meydanda sən və mən olacağıq".
O, həmçinin, döyüşün "Poliedro" arenasında keçiriləcəyini də söyləyib. "Qalib gələcəyim təqdirdə Marsa uçacam. Mask da mənimlə gedəcək" - deyə, Maduro çıxışına davam edib.
Qeyd edək ki, Nikolas Maduro İlon Maskı Venesuelanın seçki sisteminə kiberhücumlarda ittiham etdikdən sonra bu iki şəxs arasında söz savaşı başlayıb. Yeri gəlmişkən, Mask Maduronun "dava" təklifini qəbul edib.
L.Tağıyeva