525.Az

Nərimanovda avtomobillərdən pul oğurlayan şəxslər saxlanılıb


 

Nərimanovda avtomobillərdən pul oğurlayan şəxslər saxlanılıb<b style="color:red"></b>

Nərimanov rayonu ərazisində “Hyundai” və “Volkswagen” markalı avtomobildən mobil telefonlar, içərisində bank kartları və sənədlər olan pul kisəsi, həmçinin 1100 manatın oğurlanması barədə polisə məlumat daxil olub.

525.az-a DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən T.Mehdiyev və N.Əsgərov müəyyən olunaraq saxlanılıblar.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

 





02.08.2024    çap et  çap et