|
|
|
|
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Paris - 2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
525.az xəbər verir ki, 100 kq-dan yuxarı çəkidə çıxış edən idmançı 1/16 finalda Rafael Silva (Braziliya) ilə üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn Kokauri 1/8 finala yüksəlib. O, növbəti raundda Martti Puumalainen (Finlandiya, dünya reytinqi 10) ilə qarşılaşıb. İdmançımız bu dəfə də ipponla qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə Kokauri Koreya cüdoçusu Kim Minyonqla (dünya reytinqi 1) görüşəcək. Minyonq mayda keçirilən dünya çempionatının qalibi adını qazanıb.
Xatrırladaq ki, daha əvvəl cüdoda Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Olimpiya çempionu olublar.