https://525.az/img/pics/medium/2025-06/356591_uwtt4vdk8s.jpg Qısa sürən XX əsr və ya adının taleyini yaşayan Əyyub Abasov
https://525.az/img/pics/medium/2025-06/356872_2zyvaxz7bd.jpg "Şəbnamə"dən "Molla Nəsrəddin"ə uzanan yol
https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Quş ağlı - ("Olmuşlar"dan)
https://525.az/img/pics/medium/2025-02/344915_nm4jggrus4.jpg Dünyadan bir Simax Şeyda keçdi... - İmran Verdiyev yazır
search
20 İyun 2025

Azərbaycan taekvondoçusu olimpiadaya yollanıb -  Paris-2024

Azərbaycan taekvondoçusu olimpiadaya yollanıb -  Paris-2024

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransada keçirilən Yay Olimpiya Oyunları üçün Parisə yollanıb.

525.az-a Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, onunla birlikdə məşqçisi Məmməd Abdullayev və partnyoru Əliəskər Əliyev də sözügedən şəhərə yola düşüb.

Qaşım Maqomedov 58 kq çəki dərəcəsində mübarizə aparacaq. Taekvondo yarışlarına avqustun 7-də start veriləcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Azərbaycan təmsilçilərindən cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı təmin edib.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.