525.Az

Tom Kruz Olimpiya Oyunlarının bağlanışında çıxış edəcək


 

Tom Kruz Olimpiya Oyunlarının bağlanışında çıxış edəcək<b style="color:red"></b>

Hollivud ulduzu Tom Kruz Parisdə keçiriləcək Olimpiya Oyunlarının bağlanış mərasimində çıxış edəcək.

525.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qeyd olunub ki, Kruz öz çıxışı ilə 2024-cü il Oyunlarını 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiada ilə əlaqələndirə biləcək.

Versiyalardan birinə görə, özünün ekstremal tryukları ilə tanınan Kruz Olimpiya bayrağı ilə “Stade de France”ın zirvəsindən səhnəyə enəcək. Bundan əvvəl o, 2028-ci il Olimpiadasının reklam çarxına çəkilib. Hekayədə ulduz Olimpiya bayrağı ilə Fransadan ABŞ-a səyahət edir.

Qeyd edək ki, Parisdə baş tutan 2024-cü il Olimpiadasının açılış mərasimi izləyicilər və ekspertlər tərəfindən tənqid edilib. Şou zövqsüz, çirkin və hətta "xristianları təhqir edən" adlandırılıb.

Pərvanə Sultanova

 





02.08.2024    çap et  çap et