https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti - Tel­man Oru­cov yazır
https://525.az/img/pics/medium/2025-04/350276_gg2zuu7y71.jpg “525-ci qəzet”in 22 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-01/300449_m3viafs9vq.jpg Naxçıvan və İrəvanda dini-ruhani mühit: çar hökumətinin məkrli siyasəti fonunda - 3-cü yazı
https://525.az/img/pics/medium/2023-12/294591_qrwivaigrh.jpg Pertevniyal Sultanının çöküşü - Türkan Turan yazır
search
21 Aprel 2025

Güləşçilərimiz Olimpiadaya yollandı

Güləşçilərimiz Olimpiadaya yollandı

Güləş üzrə olimpiya Azərbaycan milli komandasının yarısı bu gün Fransaya yollanıb.

525.az xəbər verir ki, Yunan-Roma güləşçilərimiz – Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq), eləcə də qadın güləşçimiz Mariya Stadnik (50 kq) Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Parisə yola düşüb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən yolasalma mərasimində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, digər güləşçilərimiz və olimpiyaçıların yaxınları iştirak edib.

Avqustun 5-də Muradla Sabah, növbəti gün Sənan və Mariya növbəti gün, Həsrətlə Rafiq isə ayın 7-də mübarizəyə başlayacaq.

Qeyd edək ki, Olimpiadanın son günlərində çıxış edəcək sərbəst güləşçilərimiz avqustun 6-da Parisə yollanacaq.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.