525.Az

Moldovada çoxmillətli hərbi təlimlər keçiriləcək


 

Moldovada çoxmillətli hərbi təlimlər keçiriləcək<b style="color:red"></b>

Moldova, Rumıniya və ABŞ hərbçiləri Moldovadakı poliqonlarda birgə “Scutul de foc-2024” (“Atəş qalxanı-2024”) təlimləri keçirəcək.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Moldovanın Müdafiə Nazirliyi teleqram kanalında məlumat yayıb.

“Təlimlər əməliyyat imkanlarını inkişaf etdirmək və iştirakçı personalın qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq məqsədi daşıyır”, - məlumatda bildirilib.

Müdafiə Nazirliyindən əlavə ediblər ki, təlimlərə Milli Ordunun hərbi-texniki bölmələri və artilleriya sistemləri cəlb olunacaq. Təlimlər milli ordunun cari ilin hazırlıq planına uyğun olaraq avqustun 5-dən 23-dək davam edəcək.

 





02.08.2024    çap et  çap et