|
|
|
|
"Real"ın baş məşqçisi Karlo Ançelotti gələcək karyerası ilə bağlı fikirlərini bölüşüb.
QOL.az ESPN-ə istinadən xəbər verir ki, Madrid təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayınadək olan mütəxəssis karyerasını "Real"da başa vurmaq istədiyini deyib:
Ad - 00:07
“Düşünürəm ki, “Real” mənim karyeramdakı son klubum olacaq.
Milli komanda fikrini heç sevmirəm. Çünki bu, ən çox həzz aldığım şeyi - gündəlik işimi itirməyimə səbəb olar. Mən etdiyim işi həqiqətən sevirəm. Bu, mənim məşqçi kimi 29-cu mövsümdür. Doğrudur, çox qazandım, amma təsəvvür edin ki, nə qədər titul itirmişəm”.
Qeyd edək ki, 65 yaşlı mütəxəssis 2013-2015-ci illərdə "Real"a rəhbərlik edib. 2021-ci ildə Ançelotti Madrid klubuna qayıdıb.