525.Az

Qazaxıstan 2026-cı ildə “Kaşaqan” yatağında qaz emalı zavodunu işə salmağı planlaşdırır


 

Qazaxıstan 2026-cı ildə “Kaşaqan” yatağında qaz emalı zavodunu işə salmağı planlaşdırır<b style="color:red"></b>

Qazaxıstan 2026-cı ilin ortalarında “Kaşaqan” yatağında “GPC İNVESTMENT LLP” şirkətinin illik layihə gücü təxminən 1 milyard kubmetr olan qaz emalı zavodunu istifadəyə verməyi planlaşdırır.

525.az "Report"-a istinadən xəbər verir ki, Qazaxıstan hökumətinin mətbuat xidməti bu barədə “GPC Investment” şirkətinin rəhbəri vəzifəsini icra edən Berik Abışevə istinadən bildirib.

“Zavodun ətrafındakı infrastruktur hazırdır. Layihəmiz 2026-cı ilin ortalarında işə salınacaq”, - o qeyd edib.

“Zavodun istifadəyə verilməsi ölkənin regionlarını əlavə həcmdə qazla təmin etməyə imkan verəcək. Hökumət başçısı müəssisənin tikintisinin sürətləndirilməsi ilə bağlı göstəriş verib”, - məlumatda bildirilib.

 





02.08.2024    çap et  çap et