|
|
|
|
Moskvada maraqlı məhkəmə prosesi baş tutub.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Butırsk məhkəməsi evində 30-a yaxın pişik saxlayan moskvalıya bunu qadağan edib. Həmçinin, ondan ümumi sanitar qovşağı da "abıra salmaq" tələb olunub.
Qonşuların şikayətindən sonra iş məhkəməlik olub. Onlar tək yaşayan kişinin mənzilindən gələn dözülməz qoxuya görə hüquq-mühafizə orqanlarına müraciət ediblər. Gerisi isə məlumdur.
Yeri gəlmişkən, başqa bir maraqlı hadisə bu ilin əvvəllərində Moskvanın Novo-Peredelkino rayonunda baş vermişdi. Qonşunun itinin dayanmadan hümrəsindən əsəbləşən kişi qapını sındırmış və iti ölümcül döymüşdü. Veterinarlar iti ölümdən xilas etmişdilər. "Qəhrəman" isə məhkəmənin qərarı ilə ev dustağına çevrilmişdi.
L.Tağıyeva