525.Az

Pentaqon İsrailə görə Yaxın Şərqdəki qüvvələrinin yerini dəyişəcək


 

Pentaqon İsrailə görə Yaxın Şərqdəki qüvvələrinin yerini dəyişəcək<b style="color:red"></b>

ABŞ Müdafiə Nazirliyi gərginliyin artacağı təqdirdə İsrailin müdafiəsinə dəstək vermək üçün Yaxın Şərqdəki qüvvələrinin yerini dəyişəcək.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqh keçirdiyi növbəti brifinqdə bildirib.

“Bununla bağlı ABŞ-ın müdafiə naziri Lloyd Ostin regionda Amerika hərbçilərinin təhlükəsizliyinin gücləndirilməsi və İsrailin müdafiəsinə dəstəyin artırılması üçün bir sıra qüvvələrin balansında dəyişikliklərin həyata keçirilməsi üçün əmr verəcək”, - deyə Sinq bildirib.

Onun sözlərinə görə, Ostin İsrailin müdafiə naziri Yoav Qalantla söhbətində ona Birləşmiş Ştatların gördüyü əlavə tədbirlər, o cümlədən gələcəkdə qüvvələr balansında dəyişikliklər barədə məlumat verib.

 





02.08.2024    çap et  çap et