525.Az

Qazaxıstanda 5,8 bal gücündə zəlzələ qeydə alınıb


 

Qazaxıstanda 5,8 bal gücündə zəlzələ qeydə alınıb<b style="color:red"></b>

Qazaxıstanın seysmik stansiyalar şəbəkəsi avqustun 2-də saat 23:15-də (Bakı vaxtı ilə 22:15) Şərqi Qazaxıstan vilayətində 5,8 bal gücündə zəlzələ qeydə alıb.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, zəlzələnin episentri Almatıdan 859 km şimal-şərqdə Qazaxıstan ərazisində (Şərqi Qazaxıstan vilayəti) yerləşib.

Yeraltı təkanlar Ust-Kamenoqorskda iki-üç bal gücündə hiss olunub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

 





02.08.2024    çap et  çap et