|
|
|
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə növbəti əmək yarmarkası təşkil edəcək.
525.az-a bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, yarmarka avqustun 6-da saat 11:00-da Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbin inzibati binasında keçiriləcək.
Tədbirdə işsiz və işaxtaran şəxslərə 18 müəssisə tərəfindən 300-ə yaxın vakansiya təqdim ediləcək.
Onlara Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları, layihələr barədə ətraflı məlumatlar da veriləcək.