"Qarabağ"ın baş direktoru Emrah Çelikel və İdarə Heyətinin üzvü Asif Əsgərov Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı Adil Əliyevlə görüşüblər.
525.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, görüş İcra Hakimiyyətinin binasında baş tutub.
Klubun davamlı uğurlarından bəhs edən A.Əliyev “Qarabağ”ın oyunlarını maraqla izlədiyini və göstərdiyi futboldan zövq aldığını bildirib.
İcra başçısı vurğulayıb ki, iş qrafiki imkan verdikcə "Qarabağ"ın görüşlərində iştirak edəcək və hər zaman dəstəkləyəcək. Klub rəsmiləri Əliyevi yeni vəzifəyə təyin olunması ilə bağlı təbrik edib, ona uğurlar arzulayıb. Görüşün sonunda Əmrah Çəlikəl İcra başçısına “Qarabağ”ın formasını hədiyyə edib.