525.Az

ABŞ hərbi bazasına "təbii hücum"


 

ABŞ hərbi bazasına <b style="color:red">"təbii hücum"</b>

ABŞ ordusunun Koloradodakı Fort-Karson hərbi bazasına ciddi ziyan dəyib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, güclü qasırğa bazanın ərazisində olan bir neçə "Black Hawk", "Apache" və "CH-47 Chinook" hərbi helikopterini sıradan çıxarıb.

Qasırğa həmçinin, helikopter meydanında yerləşən bir sıra tikililərə də ciddi ziyan vurub.

Qeyd edək ki, sıradan çıxan texnikanın və dəyən ziyanın məbləği barədə məlumat verilmir.

L.Tağıyeva

 





04.08.2024    çap et  çap et