525.Az

Tramp: Harrisin IQ səviyyəsi aşağıdır, digər liderlərlə rəqabət apara bilməz


 

Tramp: Harrisin IQ səviyyəsi aşağıdır, digər liderlərlə rəqabət apara bilməz<b style="color:red"></b>

Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp demokratların namizədi, Vitse-prezident Kamala Harrisin İQ səviyyəsi çox aşağı olduğunu bəyan edib.

APA-nın xəbərinə görə, Donald Tramp bu barədə “Truth Social”-da paylaşım edib.

Sabiq prezident hesab edir ki, Kamala Harris İQ səviyyəsi çox aşağı olduğuna görə digər ölkələrin liderləri ilə rəqabət apara bilməz: "ABŞ-ın hakimiyyətdə bu cür insanlarla yenidən şansı yoxdur. Co Bayden kimi o da iki cümləni birləşdirə bilməz”.

 





04.08.2024    çap et  çap et