525.Az

Qəzzada ölən fələstinlilərin sayı 40 minə çatıb


 

Qəzzada ölən fələstinlilərin sayı 40 minə çatıb<b style="color:red"></b>

Son sutka ərzində Qəzza zolağında 33 fələstinli ölüb, daha 118 nəfər yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Beləliklə, İsrail Ordusunun 2023-cü ilin oktyabrından Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 39 583 nəfərə, yaralananların sayı 91 398 nəfərə çatıb.

 





04.08.2024    çap et  çap et