https://525.az/img/pics/medium/2025-06/356227_q34unn8slx.jpg Diplomatiya ustadı - Misir Mərdanov yazır
https://525.az/img/pics/medium/2025-06/356272_g4w4lg70ul.jpg Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə əlaqədar paylaşım edib
https://525.az/img/pics/medium/2024-12/338683_tgm7oll1uy.jpg AZAL Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı bir neçə istiqamətdə reysləri ləğv edib
https://525.az/img/pics/medium/2025-06/356227_q34unn8slx.jpg 15 iyun – Milli Qurtuluş Günü: məğlubiyyəti qələbəyə çevirən gün
search
16 İyun 2025
15 İyun 2025

"Pulumuz bitənə kimi transfer edəcəyik" - Ayxan Abbasov

"Pulumuz bitənə kimi transfer edəcəyik" - Ayxan Abbasov

“Səfərdə “Sabah”la matçda bir xal qazanmaq da bizi sevindirdi. Çətin olacağını bilirdik. Çünki yeni komandayıq, yeni oyunçular var. Adaptasiyaya bir neçə oyun lazımdır".

QOL.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 1-ci turunda bu gün səfərdə "Sabah"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 2:2 hesabı ilə başa çatan matçı belə şərh edib: "Futbolçularım müdafiə planında ilk dəqiqələrdə səhvlərə yol verdi və qollar buraxdıq. Amma ruhdan düşmədik, iki qol vurduq. “Sabah”a iki qol vurmaq futbolçularıma inam verir. Hər xal bizim üçün vacib olacaq. “Sabah”a uğurlar arzulayıram, avrokuboklarda çətin oyuna çıxacaqlar. Ümid edirik ki, bu mövsüm həm “Zirə”, həm də “Sabah” qruplarda ölkəmizi təmsil edərlər".

Baş məşqçi məqsədlərinin Premyer Liqada möhkəmlənmək olduğunu bildirib: "Oyun baxımından artırmalıyıq. Bu gün birinci oyuna görə razı qaldıq. Amma çətin oyunlarımız var, bizim üçün asan olmayacaq. Gənc futbolçular üçün də böyük şansdır. Həmişə gileylənirik ki, gənc futbolçulara şans verilmir. Həqiqətən potensiallı futbolçularımız var. Komandama inanıram. Elə bura da inanaraq gəlmişəm. Bir-iki futbolçunun da olmasını istəyərdik. Brahim Konate də zədəlidir. Bu mövsüm əsas məqsədimiz Premyer Liqada möhkəmlənməkdir. İstədiyimi oyunu hələ ki, görmürəm. Bundan yaxşı olmağa çalışacağıq". 

A.Abbasov "Transferlər yekunlaşıb?" sualına belə cavab verib: "Pulumuz bitənə kimi transfer edəcəyik. Hələ ki, pulumuz qalıb".

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.