525.Az

Çinin karbon emissiyaları üçün yeni iş planı


 

Çinin karbon emissiyaları üçün yeni iş planı<b style="color:red"></b>

Çin öz milli sosial-iqtisadi inkişaf gündəliyinə karbon emissiyasının azaldılması hədəflərini daxil edəcək. Bunu ölkənin Dövlət Şurası İdarəsinin açıqladığı iş planı sübut edir.

525.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Çin Xalq Respublikası Dövlət Şurası İdarəsi tərəfindən açıqlanan plan karbon emissiyalarının ümumi miqdarına və intensivliyinə nəzarət mexanizmlərinin yaradılmasını sürətləndirmək məqsədi daşıyır.

Plana əsasən, 2025-ci ilə qədər karbon emissiyalarının statistikası, uçotu, monitorinqi və ölçülməsi kimi sahələrdə ölkənin potensialı yaxşılaşdırılacaq. Bildirilir ki, 15-ci Beşillik (2026-2030) dövründə Çin karbon emissiyasının intensivliyini cilovlamaq üçün mexanizmlər yaradacaq. Karbon tullantılarının pik həddinə çatdıqdan sonra mexanizmlərin diqqəti ümumi emissiyalara nəzarətə keçəcək.

Sənəddə, həmçinin karbon planlaşdırma mexanizmlərinin təkmilləşdirilməsi, yerli emissiyaların qiymətləndirilməsi üçün yerli sistemlərinin yaradılması, əsas sənaye və sektorlar üçün erkən xəbərdarlıq və nəzarət mexanizmlərinin tədqiqi, müəssisələrdə karbon emissiyalarının azaldılmasının idarə edilməsi mexanizmlərinin gücləndirilməsi üçün səylərin zəruriliyi qeyd edilib.

Çin iki karbon məqsədini həyata keçirməyə çalışır: 2030-cu ilə qədər karbon emissiyalarının pik həddi və 2060-cı ilə qədər karbon neytrallığına nail olmaq.

2016-cı ildən enerji istehlakının ümumi həcminə və intensivliyinə nəzarət ölkənin sosial-iqtisadi inkişafı üzrə yerli hakimiyyət orqanlarının təşəbbüsləri üçün məcburi tələbə çevrilib.

Bu yaxınlarda açıqlanan əsas sənəddə yaşıl və aşağı karbonlu inkişafı təşviq etmək səylərinin bir hissəsi kimi Çin enerji istehlakına nəzarətdən karbon emissiyalarının ümumi miqdarına və intensivliyinə nəzarətə keçidi asanlaşdırmaq üçün yeni mexanizmlər yaratmağı öhdəsinə götürüb.

Pərvanə Sultanova

 





05.08.2024    çap et  çap et