İtaliyanın Siciliya adasında yerləşən Etna vulkanı "oyanıb".
525.az xarici KİV-ə istinadən xəbər verir ki, vulkan havaya tonlarla kül püskürməklə yanaşı, Voragin kraterindən ətrafa lava da axıb.
Kül buludu 10 km hündürlüyə kimi yüksəlib. Az sonra həmin kül ətraf ərazilərə səpələnib. Nəticədə bir neçə yaşayış məntəqəsində həyat iflic olub. Kataniya Beynəlxalq Hava Limanı isə fəaliyyətini dayandırıb.
Qeyd edək ki, Etna dünyada ən aktiv vulkan hesab olunur. Vulkan sonuncu dəfə 1 ay əvvəl "ayılmışdı".
L.Tağıyeva
çap et